20 May 2020 14:23
4 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Mərkəzi Bankı ilə Qətər Mərkəzi Bankı arasında Mübadilə Anlaşmasından sonra məbləğin artırılması qərara alınıb.

Teleqraf.com xəbər verir ki, edilən düzəlişə əsasən anlaşmanın məbləği 5 milyard ABŞ dollarından 15 milyarda qaldırılıb.

Türkiyə Mərkəzi Bankı bəyan edib ki, Qətər Mərkəzi Bankı ilə əldə olunan 17 avqust 2018-ci il tarixli pul Mübadiləsi Anlaşmasına dəyişiklik edilib.

Pul mübadiləsi anlaşmasının təməl hədəfi milli pul vahidləri üzərindən həyata keçirilən ticarəti asanlaşdırmaqdır.


Müəllif: Cavad

Oxşar xəbərlər