Türk professor Mehmet Ceyhanın “CNN” telekanalının canlı yayımında koronavirus pandemiyası ilə bağlı iddiası müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, infeksiya xəstəlikləri üzrə mütəxəssis olan Ceyhan türk dilində danışmağın virusu daha az yaydığını deyib.
Ceyhan hava-damcı yolu ilə yoluxan virusun danışarkən daha çox yayıldığını söyləyib:
“Türkcə danışmaq isə digər dillərlə müqayisədə virusu daha az yayır”.