Məşhur müğənni Mazhar Alansona zəng edən Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca səhvən Maltəpə Zümürüdevləri məhəlləsinin muxtarı Sərxan Aslanın nömrəsinə yığıb.
Teleqraf.com xəbər verir ki, bu barədə muxtar Sərxan Aslan özü məlumat yayıb.
Muxtar deyib ki, tanımadığı nömrədən ona zəng gəlib: “Telefonu götürəndə səs tanış gəldi. Dedim, sizi tanımadım. O da cavab verdi ki, səhiyyə naziri Fəxrəddin Qocadır. Bir anlıq çaşdım, “Hörmətli nazir, həqiqətənmi sizsiniz” deyə soruşdum. Nazir “bəli, mənəm” cavabını verdi. Muxtar olduğumu, zəngə görə xoşbəxt hisslər keçirdiyimi bildirdim. Anama, atama da salamlarını çatdırdı".