Liviya Silahlı Qüvvələrinin küncə sıxışdırdığı qiyamçı Haftar ordusuna Rusiyadan dəstək gəlib.
Teleqraf.com xəbər verir ki, Rusiyanın Suriyanın Humut şəhərindəki muzdlularını Liviyaya göndərmək barədə qərar verib.
Aylıq 1500 dollar maaş alan muzdluların Liviyaya döyüşmək və Haftara dəstək məqsədilə göndəriləcəyi bildirilib.
Hərbi birləşmənin bu məqsədlə Rusiya və İranın hərbi nəqliyyat vasitələri ilə Ləzgiyyə hava limanına gətirildiyi qeyd edilib.
Rusiya mayın əvvəllində də Haftara dəstək üçün Liviyaya muzdlu qüvvə göndərmişdi.