21 May 2020 12:28
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVİD-19-un ortaya çıxdığı Çinin Uhan şəhərində vəhşi heyvan ticarətinin qadağan edilməsindən sonra onların ovlanmaması və yeyilməməsi ilə bağlı da qərar verilib.

Teleqraf.com “Global Times”ə istinadla bildirir ki, Uhanda balıq çeşidləri daxil olmaqla, bütün vəhşi heyvanların (Qəfəslərdə xüsusi qulluq olunanlar daxil) istehlakı qadağan edilib.

Qeyd edək ki, yeni növ koronavirusun kökünün haradan gəldiyi konkret müəyyən edilməyib. Amma böyük ehtimalla yeni virusun yarasadan ortaya çıxdığı və ondan digər vəhşi heyvana, sonra isə insana keçdiyi bildirilir.

Qeyd edək ki, virusun ötən ilin dekabr ayında ortaya çıxmasından sonra Çin yanvarda bütün vəhşi heyvan ticarətini dayandırmışdı. Lakin Çin və başqa ölkə bazarlarında vəhşi heyvan ətlərinin satılması haqda xəbərlər də yayılır.


Müəllif: Cavad

Oxşar xəbərlər