İrəvanda yenidən atışma səsləri eşidilib.
ANS PRESS-in məlumatına görə, İrəvanın mərkəzində iki qrup arasında əvvəlcə mübahisə düşüb. Daha sonra tərəflər əlbəyaxa olublar.
Əlbəyaxadan sonra hər iki qrup silahlara əl atıb və atışma olub. Hadisə nəticəsində iki nəfər yaralanıb.
İrəvan polisinin açıqlamasına görə, atışmada iştirak edənlərin kimiliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
.
Qeyd edək ki, ötən gün də İrəvanın mərkəzində atışma nəticəsində bir neçə nəfər yaralanmışdı.