ABŞ Rusiyanın öz öhdəliyini yerinə yetirənə qədər Açıq Səmalar Razılaşmasından (ASR) çıxacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Prezident Tramp deyib ki, Rusiya ilə əlaqələr yaxşıdır, ancaq o, bu razılaşmaya riayət etmir: Rusiya razılaşmadan irəli gələn öhdəliyini yerinə yetirənə qədər bu sazişdən çıxacağıq. Bu, yeni bir razılaşma əldə etmək üçün əla fürsətdir”.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ABŞ-ın Açıq Səmalar Razılaşmasından çıxacağına dair rəsmi mövqe gözlədiklərini bildirib: “ABŞ-ın anlaşmadan çıxacağına dair rəsmi mövqe Rusiya tərəfinə çatdırılmayıb. Rusiya bu məsələdə ABŞ-ın mövqeyinin konkretləşməsini gözləyir”.