22 May 2020 11:14
3 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın sabiq Xarici İşlər naziri Nikos Koçias Türkiyə və Yunanıstan Baş nazirləri arasında keçirilən görüş zamanı müzakirə olunan sirrin üstünü açıb.

Teleraf.com xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın sabiq Xarici İşlər naziri öz ölkəsinin rəhbərliyinin Ərdoğandan qorxduğunu açıqlayıb.

Yunan mediasına açıqlamasında Nikos Koçias hazırda Türkiyənin əlinin güclü olduğunu bildirib:

“ABŞ regiondan çəkilməyə başladı. İsraildə il yarımdır ki, hökumət qurmaq mümkün olmayıb. Çin bölgəyə yetərincə maraq göstərmir. Avropa Birliyi paralizə olunmuş durumdadır. Türkiyə bundan istifadə edərək vəziyyəti öz lehinə çevirib, ipləri əlində tutur”.

Mərmərə və Şərqi Aralıq dənizi bölgəsində Türkiyə ilə Yunanıstan arasında son dövrlər yüksələn gərginliyin başqa bir səbəbinin olduğunu da deyən Koçias Prezident Ərdoğanla Yunanıstan Baş naziri Miçotakis arasında keçirən görüşü xatırladıb:

“Türkiyə həmin görüşdə təslimçi, itaətkar cə acizlik qoxusu aldı. Sentyabr ayında keçirilən görüşdə Ərdoğan “Kritin cənubuna belə enərik” dedikdə Miçotakis buna cavab olaraq “oraya enə bilməzsiniz” deyə bilmədi”.


Müəllif: Cavad

Oxşar xəbərlər