22 May 2020 15:03
4 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Sistan-Bəlucistan əyalətinin Sərbaz şəhərində yaraqlı bəluclarla hökumət qüvvələri arasında silahlı qarşıdurma baş verib.

Teleqraf.com xəbər verir ki, qarşıdurmada iki iranlı hərbçi həlak olub.

Hadisə bu gün səhər saatlarında Sərbaz şəhərinin Kəlat adlanan ərazisində baş verib. Məlumata görə, olay iranlı hərbçilərin bölgədə keçirdiyi reydi zamanı baş verib. Atışmada hökumət qüvvələrinin 2 əməkdaşı aldıqları güllə yarasından hadisə yerində keçinib.

Bir neçə saat davam edən qarşıdurma haqda əlavə məlumat verilməyib.

Əlavə edək ki, son günlərdə İranda etniklərin yaşadığı bir sıra bölgədə silahlı qruplaşmalarla hökumət qüvvələri arasında yaşanan qarşıdurmaların sayı artıb. Bəlucistan-Sistanla yanaşı, kürdlər və ərəblərin məskunlaşdığı bölgələrdə də fəallıq hiss olunur.

PKK terror təşkilatının İran qanadı PJAK-ın Güney Azərbaycandakı fəallığı da diqqətdən qaçmır.


Müəllif: Mənsur Rəğbətoğlu