22 May 2020 15:54
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli-mədəni fəal Hamid Abidi 3 ay azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə fəalın iştirakı ilə Qoşaçay Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində bildirilib.

Abidi 2019-cu ilin noyabr ayında İranda bahalaşmaya qarşı etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi bu ölkənin təhlükəsizlik orqanları tərəfindən qanunsuz olaraq saxlanılmışdı.

Abidi 2018-ci ilin iyul ayının 5-də Kəleybərdə təşkil edilən “Babək qalası” mərasimində də 80 milli fəalla birlikdə təhlükəsizlik orqanları tərəfindən tutulmuşdu. Saxlanılan zaman fəallara fiziki zorakılıq tətbiq edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər