Rusiya Prezidenti Vladimir Putin ekspertlərin qiymətləndirməsinə istinad edərək Rusiyada koronavirusla bağlı vəziyyətin bütövlükdə sabitləşdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, V.Putin bu barədə Rusiyada sanitar-epidemioloji vəziyyətlə bağlı müşavirədə bildirib. “Daxil olan obyektiv informasiyalara, mütəxəssislərin qiymətləndirməsinə görə ümumilikdə ölkədə vəziyyət sabitləşir”, – deyə o bildirib.
Prezident qeyd edib ki, Moskvada və Rusiyanın bir çox bölgələrində COVID-19-a gündəlik yoluxanların sayında tədricən azalma qeydə alınır. “Hələlik bu müsbət tendensiya bizim istədiyimiz qədər sürətli deyil, bəzən hətta qeyri-sabitdir, amma bütün hallarda o mövcuddur”, – deyə V.Putin vurğulayıb.
Rusiya Prezidenti, həmçinin, daha çox koronavirus testi aparılmasına çağırıb.
Qeyd edək ki, Rusiyada son sutka ərzində koronavirusa 8894 yoluxma hadisəsi təsdiqlənib. Koronavirusa yoluxma hallarının ümumi sayı isə 326 448-dir.