22 May 2020 18:44
2 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə məscidlərdə minarələrdən azan yerinə digər musiqilərin səsləndirilməsinə sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan baş verənlərə görə, İzmirə rəhbərlik edən CHP-li məmurları ittiham edib.

"Məsciddə azan yerinə yad musiqi səsləndirilir, CHP isə bundan zövq alır", deyə Ərdoğan sədri olduğu partiyanın qrup toplantısındakı çıxışı zamanı bildirib.

Qeyd edək ki, dünən məscidlərin birində səsgücləndirici vasitə ilə italyan partizan musiqisi “Çao Bella” səsləndirilib. Buna bənzər qalmaqal bu gün də yaşanıb. Belə ki, Bornova və Bayraklı qəsəbələrində məscidin səsgücləndiricisi vasitəsilə türk müğənni Selda Bağcanın mahnısı səsləndirilib.

Baş vermiş hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçib.

İzmir müftiliyinin məlumatına görə, səsgücləndiriciyə müdaxilə dələduzluq yolu ilə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər