23 May 2020 13:05
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19-un meydana çıxdığı və dünyaya yayıldığı Çində son 24 saatda bir ilk yaşanıb. 2019-cu ilin dekabrından bu yana ilk dəfə olaraq yoluxma və insan ölümü baş verməyib.

Teleqraf.com qeyd edir ki, bu barədə Çin Milli Səhiyyə Komitəsi bildirib.

Ancaq mümkün ikinci dalğanın başlanğıc səbəbi kimi göstərilən asimptomatik hallar davam edir. Məlumatlara görə, 28 yeni asimptomatik hal qeydə alınıb.

Asimptomatik halları müəyyən edən Çin səhiyyə sistemi Uhan şəhərində bütün vətəndaşları yenidən testdən keçirməyə başlayıb. Qeyd edək ki, Çində 4634 nəfər virusdan vəfat edib,83 min nəfər isə xəstəliyə yoluxub.


Müəllif: Cavad

Oxşar xəbərlər