23 May 2020 11:41
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda daha 5 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 728-ə çatıb. Onların 509-u artıq sağalıb, 12-si isə dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 3 259, stasionar nəzarətdə isə 323 nəfər saxlanılır. Xaricdən gətirilən 3 Gürcüstan vətəndaşı da ölkədə müalicə olunur./report/


Müəllif: Teleqraf.com