23 May 2020 15:37
3 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ senatorlarının Türkiyənin uyğur türklərini Çinə təhvil verdiyi haqda iddialarına Ankaranın Vaşinqtondakı səfiri Sərdar Kılıc cavab verib.

Teleqraf.com xəbər verir ki, ABŞ-da Axios adlı sayt Türkiyənin ona sığınan uyğur türklərini Çinə təhvil verməsi, bu istiqamətdə Pekinlə əməkdaşlıq etdiyini iddia edib.

Səfir Sərdar Kılıc ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin sədri Сim Riş və senator Edvard Marka məlum iddialarla əlaqədar məktub yazıb.

Səfir məktubunda qeyd edib ki, Türkiyədə olan uyğur türklərinin üçüncü ölkəyə deportasiya edilməsinə dair ittihamlar uydurmadır və həqiqəti əks etdirmir.

Uyğur türkləri daxil olmaqla Türkiyəyə sığınan milyonlarla miqrantın ölkədə sülh və əmin-amanlıq içində yaşadığını qeyd edən səfir bəyan edib ki, Türkiyəyə qaçan uyğurların deportasiya edilməsi çürük düşüncədir: “Bu səbbədən də belə əsassız və pis niyyətli iddiaların arxasınca getmək utancverici olacaq”.

Ölkəsinin bu mövzuda mövqeyini açıqlayan diplomat bildirib ki, Türkiyə uyğur türkləri ilə ortaq dil, din və mədəniyyəti paylaşır: “Bu məsələdə beynəlxalq səviyyədə oraya konkret mövqe qoyulub. Türkiyə uyğur türklərinin təməl insan haqlarının qrant altına alınmasını, bu haqlara hörmət edilməsi və mədəni kimliklərinin qorunmasını gözlədiyini bəyan edib”.


Müəllif: Cavad