23 May 2020 19:08
1 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının dəftərxanası məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları ikitərəfli əlqələri müzakirə ediblər. Danışıqlar zamanı həmçinin Suriyada və Liviyada yaranmış vəziyyət diqqət mərkəzində olub.

Ərdoğan və Tramp hər iki xalqın koronavirusla mübarizədə həmrəy olduğunu təsdiqləyiblər.


Müəllif: Teleqraf.com