24 May 2020 11:08
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk gəmisinə Bodrum və Datça sularında Yunanıstan sahil təhlükəsizlik xidməti tərəfindən iki dəfə atəş açılıb.

Teleqraf.com xəbər verir ki, gəminin kapitanı Datça limanına gedərək, türk sahil təhlükəsizlik xidmətinə şikayət edib.

Məlumata görə, Aydınlının Didim qəsəbəsindən gecə yarı yola çıxan və saat 04:00-da Bodrumun Akyarlar məhəlləsi sahilinə gələn türk gəmisi Yunanıstan tərəfindən atəşə tutulub. Gəmidə kapitan Fərhad Koray və köməkçiləri olub.

Qeyd edilir ki, Yunanıstan sahil təhlükəszlik xidməti əvvəlcə havaya xəbərdarlıq atəşi açıb, ardınca rabitə vasitəsilə gəminin Kos adası limanına girməsinə mane olub.

Kapitan əlavə edib ki, qarşı tərəf onları yunan sularına girməyə zorlayıb: “Yunan gəmisi gəmimizin ətrafında hərəkət edərək, bizim yunan sularına keçməyimizə çalışdı. Biz bunu rədd etdik. Bu zaman atəş açıldı. İki plastik mərmi gəmiyə dəydi. Biz dərhal türk sahil təhükəsizlik xidmətinə məlumat verdik”.


Müəllif: Cavad

Oxşar xəbərlər