24 May 2020 17:00
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş naziri Benyamin Netanyahu onunla bağlı başladılan məhkəmə prosesinin ilk iclasının təyin olunduğu Qüds dairə məhkəməsinin binasına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti”məlumat yayıb.

İclas zamanı dinləmə proseduru elan ediləcək və vəkillərə işin məzmunu ilə tanış olmaq hüququ veriləcək. Netanyahunun işi üzrə məhkəmə çərçivəsində təqribən 300 ittiham şahidinin dinlənməsi planlaşdırılır. Netanyahu ilə bağlı ilk iclas martın 17-də keçirilməli idi, ancaq İsraildə koronavirusun yayılması səbəbindən məhkəmə təxirə salınıb.

Noyabr ayında İsrailin Baş Prokurorluğu Netanyahuya dələduzluq, etimaddan sui-istifadə və rüşvət almaq ittihamı irəli sürüləcəyini açıqlamışdı.

O da bildirilir ki, məhkəmə binasının çölündə Netanyahu tərəfdarlarının etiraz nümayişi başlayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər