24 May 2020 23:04
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda koronavirusa yoluxmuş 50-dən çox pasiyent son dərəcə ağır vəziyyətdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Arsen Torosyan bildirib.

O, qeyd edib ki, virusa yoluxmuş şəxslərdən daha 230-nun vəziyyəti ağırdır.

"Bizdə 230 ağır və 52 son dərəcə ağır pasiyent var", - Torosyan özünün "Facebook"dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, koronavirusun müalicəsi üçün nəzərdə tutulmuş 186 reanimasiya çarpayısının 154-ü tutulub, indi cəmi 32 çarpayı boşdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər