Amerika Birləşmiş Ştatları Vyetnama silah embarqosunu qismən aradan qaldıracaq.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunu Amerika Dövlət Departamenti bəyan edib.
Məlumata görə, söhbət birinci növbədə müdafiəyə yönləndirilmiş dəniz təhlükəsizlik sistemlərindən gedir. Rəsmilərin fikrincə, ABŞ-ın qərarı Vyetnamın Çinlə mübahisəli adalar ətrafında münaqişəsinə yardıma yönəldilib.
ABŞ bəyan edib ki, qadağanın zəifləməsi Vyetnamda insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşmasına görə mümkün olub, amma gələcəkdə məhdudiyyətlərin aradan qaldırılması üçün ölkədə bəzi məsələləri həll etmək lazımdır.
Xatırladaq ki, 1965-1975-ci illərədək davam edən Vyetnam müharibəsi zamanı 3 million vyetnamlı və 58 min amerikalı hərbçi ölüb. ABŞ və Vyetnam müharibənin bitməsindən 20 il sonra 1995-ci ildə diplomatik münasibətləri bərpa edib. Dövlətlər arasında ikitərəfli ticarətin həcmi ildə təqribən 20 milyard dollar təşkil edir.
Samir