3 Oktyabr 2014 12:30
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya mətbuatı Argentina dövlət başçısı Kristina Manuelin BMT-dəki çıxışını müzakirə edir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manuel ABŞ prezidenti Barak Obamanın da iştirak etdiyi Birləşmiş Millətlər Təşkilatının toplantısında ABŞ-ın terror ilə bağlı siyasətini sərt sözlərlə tənqid edərkən Obamanın çıxışı düşüncəli bir şəkildə qulaq asması diqqət çəkib.

Manuel çıxışında Papa Frensisin sülh çağırışını dəstəklədiyini bildirirək ABŞ-ı terror qruplaşmasını yaratmaqda və hazırda bu qruplaşma üzərində nəzarəti itirməkdə ittiham edib:

“Keçən il Əsəd rejiminə qarşı olan müxalifləri dəstəkləyirdiniz. İndi isə həmin müxaliflərə qarşı güc tətbiq edirsiz. 11 sentyabr hadisələrində Əl-Qaidə terror təşkilatının günahlandırıb, İraq və Suriyaya müharibə elan etdiz. İndi həmin yerlər dünyanın ən ağır yaşayış vəziyyəti olan ölkələr sırasında birincidir. “Ərəb Baharı” adı altında Tunis, Liviya və Misirdə radikal islamçıları öz əlinizlə hakimiyyətə gətirdiniz. Bölgədə insan hüquqlarını, azadlıqlarını qəsb etdiniz. Bu gün burada BMT-nin İŞİD-ə qarşı qərarını müzakirə etmək üçün toplandıq. Halbuki İŞİD bəzi BMT Təhlükəsizlik Şurası ölkələrinin dəstəyi ilə yaradılıb. Bunu hamı görür”.

Samir


Müəllif:

Oxşar xəbərlər