26 May 2020 23:14
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutka ərzində Fransada 318 nəfərin koronavirus testi müsbət olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkə Səhiyyəsinin Baş İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, bununla da koronavirusa yoluxanların sayı 100 841 nəfərə çatıb.

Məlumatlara görə, ölkədə 28 530 nəfər koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişib.

“18 195 insan xəstəxanalarda, 10 335 nəfər sosial və tibbi-sosial müəssisələrdə virusdan ölüb. Hazırda xəstəxanalarda 17 807 nəfər müalicə edilir, halbuki bir həftə öncə 18 468 pasiyent xəstəxanaya yerləşdirilmişdi” - idarədə qeyd ediblər.

Hazırda xəstəxanaların reanimasiya şöbələrində 1 555 nəfər müalicə olunur.

Epidemiyanın başlanğıcından koronavirusdan 65 879 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər