28 May 2020 11:14
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya hökuməti qiyamçı Haftar ordusuna dəstək verən Rusiya himayəsində olan “Vaqner” qrupunun muzdlularının paytaxt Tripolidən geri çəkilməsini əks etdirən videogörüntüləri yayımlayıb.

Teleqraf.com xəbər verir ki, görüntülərdə Rusiyaya bağlı qüvvələrin Bəni Vəlid hava limanına yola düşdüyü bildirilib.

Hökumət rus qüvvələrinin Liviyadan geri çəkilməyə başladığını açıqlayıb.

Liviyanın hökumət qüvvələri son dönəmdə bir çox uğura imza atıb. Mayın 18-də Vətiyyə hərbi bazasını Haftardan geri alan Liviya ordusu strateji əhəmiyyətli Tərxunə şəhərində əməliyyatlara hazırlaşır.

Silahlı Qüvvələr paytaxtın Həmz, Yermuk, Əs-Səvarix hərbi düşərgələrini də qiyamçılardan geri alıb. Səlahəddin və Əl-Məşru da azad olunan bölgələr sırasındadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər