28 May 2020 12:26
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ölkəsini “barbar” adlandıran Yunanıstanın xarici işlər naziri Nikos Dendiasa cavab verib.

Teleqraf.com xəbər verir ki, türk diplomat Türkiyənin yox, Yunanıstanın “barbar” olduğunu bildirib.

Aksoyun sözlərinə görə, Yunanıstanın qaçqınların hüquqları və azadlıqlarını pozmasına dair faktlar beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında öz əksini tapır:

“Sərhədlərdə bütün dünyanın gözləri önündə günahsız insanlara hər cür vicdansızlığı edənlərin Türkiyəni “barbar” adlandırması utandırıcıdır. Yunan dövləti əvvəlcə öz barbarlığından qurtulmalıdır. Bunun üçün də qaçqınların haqlarına sayğı göstərməli, onlara işgəncə verməməli, pis davranmamalı, geri itələməməlidir.

Habelə, “mədəniyyətin beşiyi” olduğunu iddia edənlərin öz dilindən və dinindən olmayanlara da sayğı göstərməsi lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu