29 May 2020 16:25
2 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

“MDB-də koronavirusla mübarizədə birgə cavab tədbirləri sovet dövrünün ən yaxşı təcrübələrinə əsaslanır”.

Teleqraf.com xəbər verir ki, bunu MDB Hökumət Başçıları Şurasının onlyan konfransında Rusiyanın baş naziri Mixail Mişustin deyib.

Onun sözlərinə görə, keçmiş SSRİ coğrafiyasında yerləşən ölkələr təkcə ortaq sərhədlərə deyil, eyni zamanda ortaq epidemioloji məkana malikdirlər: “Buna görə də birgə cavab tədbirləri sovet dövrünün inkişaf etmiş və ən yaxşı təcrübələrinə əsaslanır".

Rusiyanın baş naziri qeyd edib ki, birlik ölkələri bir-biri ilə qarşılıqlı əlaqə qurur, infeksiya ilə mübarizə üçün kollektiv tədbirlər görürlər.

Baş nazir vəziyyətin monitorinqinin demək olar ki, real vaxtda aparıldığını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər