29 May 2020 23:26
1 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bütün əlaqələrini kəsdiyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə qərarıABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında açıqlayıb. nti ÜST-ün dünyaya təsir edən yeni növ koronavirus pandemiyası ilə mübarizədə yetərli olmadığını söyləyib.

Tramp ABŞ-ın vəsaitlərini səhiyyə problemləri ilə məşğul olan digər təşkilatlara yönləndirəcəyini bildirib.

Donald Tramp bir müddət öncə ÜST-nin direktoru Tedros Adhanom Qhebreyesusa ünvanladığı tənqid dolu məktubda yazmışdı ki, Çində koronavirus pandemiyasının yayıldığı vaxt təşkilatın Çin Xalq Respublikasından müstəqil şəkildə işlədiyini nümayiş etdirməyib: "Aydındır ki, siz və təşkilatınızın təkrarlanan yanlış addımları dünyaya olduqca baha başa gəlir. Təşkilatın Çindən azad şəkildə fəaliyyəti yeganə yoldur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər