Rusiya Prezidenti Vladimir Putin 24 iyun tarixini əmək haqları saxlanılmaqla qeyri-iş günü elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidenti 9 may - Qələbə günü paradının iyunun 24-də keçirilməsi haqda fərman verib.
Parad Moskvada Qırmızı meydanda, eləcə də digər şəhərlərdə qeyd ediləcək.