30 May 2020 08:53
1 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin istehsalı olan “Şandon” adlı ilk aviadaşıyıcı dənizdə sınaqlara başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb. Sınaqlar Çin hərbi dəniz qüvvələrinin illik yoxlama planına uyğun olaraq həyata keçirilir. Bu, “Şandon”un ötən ilin dekabrında silahlanmaya daxil edilməsindən sonra ilk sınaq səyahətidir. Dəniz sınağı təyyarədaşıyan gəminin silah və texniki imkanlarının yoxlanılmasına, onun hazırlıq səviyyəsinin yüksəldilməsinə və dənizçilərin qarşıya qoyulmuş vəzifə və tapşırıqları yerinə yetirmək qabiliyyətinin daha da artırılmasına yönəlib.

Qeyd edək ki, tikintisi 2013-cü ilin noyabrında başlayan “Şandon” gəmisi son hazırlıq və sınaqlardan sonra 2019-cu ilin dekabrında istismara qəbul edilib. “Şandon” bütünlüklə Çinin yerli sənayesinin gücü ilə istehsal edilən ilk aviadaşıyıcı gəmidir. Uzunluğu 315 metr, eni 75 metr, çəkisi 70 min ton olan gəmi göyərtəsində 36 qırıcı təyyarə daşıya bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər