30 May 2020 09:23
6 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə İstanbuldan Ankaraya dönərək Kabinet və Mərkəzi İdarə Heyətinin toplantılarını üz-üzə keçirəcək.

Teleqraf.com xəbər verir ki, ölkədə koronavirusla bağlı vəziyyətin yoluna qoyulması belə bir qərar qəbuluna səbəb olub.

Martın 18-dən İstanbul Huber Sarayında yerləşən Ərdoğan toplantıları videokonfrans formatında keçirirdi. Türkiyə prezidentinin bu vaxtacan 9 videotoplantı keçirdiyi bildirilir.

Yenidən Ankarda Prezident Külliyyəsində təşkil olunan iclaslarda maska və sosial məsafə qaydalarına əməl ediləcəyi bildirilir.

Türkiyə parlmenti isə iyunun 2-dən fəaliyyətə başlayacaq.


Müəllif: Mahir

Oxşar xəbərlər