30 May 2020 12:06
1 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlon Maskın “SpaceX” şirkətinin”Starship” raketinin dördüncü prototipi Texasda həyata keçirilən sınaqlar zamanı partlayıb.

Teleqraf.com xəbər verir ki, “SpaceX”-in Mars və Aya insan göndərmək üçün hazırladığı raketdə baş verən partlayışın səbəbi bilinmir.

Partlayan prototip bir çox sınaqdan keçmiş “SpaceX”-in “SN4” modelinə aiddir. Yəni, İlon Maskın şirkətinin ekipaj heyəti ilə birlikdə kosmosa göndərməyi planlaşdırdığı kosmos vasitəsindən fərqli bir prototipdir.

Şirkət bu yil kosmosa, 2022-ci ilə qədər də Aya qalxmağı planlaşdırır.


Müəllif: Mənsur Rəğbətoğlu