Türkiyənin Hakkari vilayətinin Çukurca bölgəsində terrorçular əsgərlərə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hücum nəticəsində Türkiyə ordusunun 2 əsgəri şəhid olub, biri isə yaralanıb:
“Terrorçuların mümkün qaçış nöqtələri müəyyənləşib. Əraziyə hücum helikopterləri, PUA-lar və əlavə qoşun göndərilib. Əməliyyatlar davam etdirilir”.