2 May 2014 13:44
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Meri Harf Türkiyədə dünən baş verən 1 May hadisələrindən danışıb.

XİN nümayəndəsinin sözlərinə görə, polisin nümayişçilərə qarşı gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə etməsi barədə məlumatları izləyiblər.

“Xəbərləri gördük, məlumatları yaxından izləyirik, daha çox məlumat almağa çalışırıq. Biz yalnız Türkiyədə deyil, hər yerdə insanların azad özünüifadə etmək, dinc şəkildə etiraz etmək hüquqlarını dəstəkləyirik. Eyni zamanda, bu cür vəziyyətlərdə hər kəsi soyuqqanlı olmağı çağırırıq'' - deyə, Meri Harf gündəlik mətbuat konfransında bildirib.

Ülviyyə


Müəllif: