31 May 2020 13:09
1 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putini “qovmağa” getmiş yakut şaman Aleksandr Qabışev özü və başqaları üçün təhlükəli hesab edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentliyi vəkil Aleksey Pryanişnikova istinadla məlumat yayıb.
A. Pryanişnikov izah edib ki, müvafiq qərar Qabışevin xəstəxanaya yerləşdirilməsindən imtina etməsindən sonra psixiatrik klinikanın tibb komissiyası tərəfindən qəbul edilib.

O əlavə edib ki, yaradılan komissiya sürətli qaydada Qabışevin təhlükəli olması ilə bağlı rəy verib.

Bundan əvvəl, mayın 12-də şamanın vəkili Olqa Timofeyeva müvəkkilinin Yakutiyadakı Respublika Psixonevroloji Dispanserə yerləşdirildiyini elan etmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər