1 İyun 2020 11:56
1 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın ona stəkanda su verən ofisiant tərəfindən yoluxduğu güman olunur.

Teleqraf.com xəbər verir ki, N. Paşinyan bunu iyunun 1-də Feysbuk səhifəsində canlı yayım zamanı açıqlayıb.

“Düşünürəm ki, işgüzar müşavirə zamanı yoluxmuşam. Bildiyiniz kimi, belə müşavirələrdə masaya stəkanda su qoyurlar. Stəkanı masaya qoyan şəxsin əlcək taxmadığını gördüm. Yerimdən bunu irad tutdum və stəkanı dəyişdirməyi təklif etdim”, – deyə Paşinyan bildirib.

O, stəkanı masaya qoyan ofisianta koronavirus diaqnozu qoyulduğunu qeyd edib.

Qeyd edək ki, bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan və onun ailəsi koronavirus infeksiyası testindən keçib. Onların nəticələri müsbət çıxıb. Ancaq yoluxanların heç birində simptom yoxdur.

Onu da bildirək ki, Nikol Paşinyanın koronavirus testinin müsbət nəticələndiyi bu gün məlum olub. Ermənistan hökumətinin başçısı bu barədə öz Feysbuk səhifəsində canlı yayım açaraq bildirib.

N. Paşinyanın sözlərinə görə, onda görünən simptomlar, məsələn yüksək hərarət yoxdur. “Ancaq izləmək lazımdır, çünki istənilən vaxt bu simptomlar yarana bilər”, – deyə “Sputnik Ermənistan” onun sözlərindən sitat gətirir. N. Paşinyan ətrafdakı yaşlı insanları yoluxdura biləcəyindən narahat olduğunu deyib.

“İqamətgahdan işləyəcəyəm. Mənim burada hər şəraitim, hər cür əlaqə vasitələrim var. Nə qədər işləyə bilsəm, işləyəcəyəm”, – deyən Paşinyan bununla belə baş verənlərə görə təəssüfləndiyini bildirib.

***

10:26

Ermənistanın Baş naziri Nikol Paşinyana koronavirus diaqnozu qoyulub.

Axar.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

Paşinyan iqamətgahından işləyəcəyini söyləyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər