1 İyun 2020 17:26
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Vatikandakı keçmiş səfir, keçmiş prezident Serj Sərkisyanın kürəkəni Mikael Minasyanın hazırkı Ermənistan hakimiyyətinin qanunsuz silah ticarəti ilə məşğul olması ilə bağlı açıqlamalarını araşdıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Baş prokurorunun köməkçisi Qor Abramyan açıqlama verib.

Onun sözlərinə görə, Baş Prokurorluq Minasyanın yaydığı videonu orada göstərilən məlumatların yoxlanılması üçün Təhlükəsizlik Xidmətinə təhvil verib.

Mikael Minasyan Baş nazir Nikol Paşinyanın yaxın adamları vasitəsi ilə Rusiyada alınan silahların üçüncü ölkələrə satılmasını təşkil etdiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər