2 İyun 2020 00:56
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda koronavirusa yoluxanlar arasında vəziyyəti ağırlaşan pasiyentlərin sayı artıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Səhiyyə naziri Arsen Torosyan deyib.

Onun sözlərinə görə, koronavirus aşkarlanan xəstələrin 440-ı ağır vəziyyətdə, 55-i isə çox ağır vəziyyətdədir: "16 nəfər isə süni tənəffüs aparatına bağlıdır".

Qeyd edək ki, Baş Nazir Nikol Paşinyan və ailə üzvlərinin də koronavirusa yoluxduğu məlum olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər