Türkiyə Silahlı Qüvvələri, kəşfiyyat və hüquq mühafizə orqanlarının yeni əməliyyatlara başlamasından sonra PKK lideri Murad Karayılan açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, aylardır səssizliyini qoruyan Karayılan PKK terrorçularını xarici qüvvələrlə işbirliyində ittiham edib.
Terror təşkilatının çarəsiz vəziyyətdə olduğunu etiraf edən Murad Karayılan qeyd edib ki, Türkiyənin əməliyyatlarından yaxa qurtarmaq üçün ümid Allaha və müqəddəslərə qalıb.
Türk ordusu və kəşfiyyatının uğurlu əməliyyatları haqda danışan PKK lideri terrorçuları “radikal qərarlar” verməyə çağırıb və bildirib ki, bu hücumların qarşısını ancaq fövqəl güclərlə zirehlənərək almaq olar.
Bununla belə, o, PKK daxilindən kənara məlumat sızdırılmasının qarşısının alınması üçün ən sərt addımların atılacağını söyləyib.
PKK liderinin sözləri terrorçulara arasında məsxərə mövzusuna çevrilib.