3 İyun 2020 07:44
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da afroamerikalı Corc Floydun ölümündən sonra son günlər keçirilən etiraz aksiyaları zamanı azı 11 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "KTLA" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına əsasən, etiraz aksiyaları zamanı ölümlər Çikaqo (İllinoys ştatı), Detroyt (Miçiqan ştatı), Omaha (Nebraska ştatı), Devenport (Ayova ştatı), Oklend (Kaliforniya ştatı) və Luisvill (Kentukki ştatı) şəhərlərində qeydə alınıb. Ölənlərin əksəriyyəri afroamerikalılardır.

Telekanalar həmçinin bildirir ki, etiraz aksiyaları zamanı yüzlərlə insan xəsarət alıb. Xəsarət alanların dəqiq sayı bildirilmir.

"Associated Press" agentliyinin son hesablamalarına əsasən, son bir neçə gün ərzində ABŞ-da etiraz aksiyaları zamanı təxminən 4,4 min nəfər həbs edilib.

Qeyd edək ki, ABŞ-ın təxminən 40 şəhərində, o cümlədən Vaşinqton, Los-Anceles və Nyu-Yorkda etiraz aksiyaları səbəbilə komendant saatı tətbiq edilib.


Müəllif: Teleqraf.com