3 Oktyabr 2014 17:41
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriya ilə sərhədə hərbi texnika göndərib.

Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, hərbi texnikadan başqa, Türkiyə Hərbi Hava Qüvvələri də tam döyüş hazırlığı vəziyyətindədir.

Qeyd edək ki, ötən gün Türkiyə parlamenti ölkənin Silahlı Qüvvələrinin xaricdə hərbi əməliyyatlarda iştirakına icazə verib.

Mandatın lehinə 396 deputatdan 298-i, əleyhinə isə 98-i səs verib.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyası (MHP), eləcə də ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan icazə sənədini dəstəkləyib.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu "A Haber" telekanalına müsahibəsində bildirmişdi ki, Türkiyə Suriyanın kürdlər yaşayan Kobaniyyə yaşayış məntəqəsini "İslam Dövləti" terror təşkilatının yaraqlılarından qorumaq niyyətindədir.

Onun sözlərinə görə, Türkiyə qanunvericiliyinə edilən son dəyişikliklərə əsasən, ölkənin Silahlı Qüvvələri digər dövlətlərin ərazisindəki hərbi əməliyyatlarda iştirak etmək hüququna malikdir.

Baş nazir həmçinin qeyd edib ki, dövlət ölkə parlamentinin Türkiyə SQ-yə Suriya və İraq ərazisindəki hərbi əməliyyatlarda iştirak etmək hüququ verən mandatı təsdiqləməsindən faydalanmaq niyyətindədir.


Müəllif:

Oxşar xəbərlər