Türkiyə tərəfindən hər cür dəstək alan Liviya legitim hökumətinə bağlı ordu Miriqa beynəlxalq hava limanını xilas etmək üçün əməliyyatlara başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviya ordusunun sözçüsü, polkovnik Məhəmməd Qanuni bildirib.
Qanuni deyib ki, Tripolidəki Mitiqa beynəlxalq hava limanı qiyamçı general Xəlifə Haftarın nəzarətindədir və artıq oranı işğaldan azad etmək üçün ordu addımlar atmağa başlayıb.
Qeyd edək ki, Liviya legitim hökumətinə bağlı ordunun Tripolinin cənubunda irəliləyişi davam edir. Bu istiqamətdə legitim hökumətin ordusu qiyamçı generalın çoxlu sayda hərbi avtomobilini ələ keçirib.