3 İyun 2020 12:35
36 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Aralıq və Egey dənizindəki fəaliyyətlərindən danışan Yunanıstanın baş qərargah rəisi, general Konstantinos Floros bu ölkəni təhdid edib.

Teleqraf.com xəbər verir ki, yunan general Türkiyəni ölkəsini ciddiyə almağa çağırıb.

“Hazırda bölgəmizdə geosiyasi şahmat taxtası alovlanıb. Biz, böyük və cəsur döyüşçülərin nəvələriyik. Bizi ciddiyə almayanlar xətaya yol verirlər, bizi zəif görən hər kəsi əzməyə hazırıq”, - Floros qeyd edib.

Yunan general bundan əvvəlki açıqlamasında da Türkiyəni hədələmişdi:

“Türkiyə Egey dənizində təxribatçı addımlarını davam etdirsə, bunun ehtimal olunmayan nəticələri olan bir fəlakətə səbəb ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər