3 İyun 2020 13:30
1 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bitlis şəhərinin kəndlərində ikinci əmrə qədər küçəyə çıxmaq qadağası elan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Bitlis bölgəsinin icra orqanları məlumat yayıb.

Məlumatda qadağanın ümumilikdə 9 kəndi əhatə etdiyi bildirilib.

“Doğruyol, Kəklikdüzü, Bölükyazı, Kuşlu, Çayırbaşı, Çadırlı, Dərəağzı, Yolçular və İlıcaq kəndlərində separatçı terror təşkilatının nümayəndələri və sığınacaqları təsbit edilib. Sözügedən bölgələrdə təşkilat üzvlərinin ələ keçməsi və təhlükəsizliyin təmin edilməsinədək küçələrə çıxmaq qadağan edilir. Qərar ikinci bir əmrə qədər qüvvədə qalacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu