“Son üç aya qədər ABŞ Prezidenti Donald Trampin vəziyyətilə bağlı proqnozumu soruşsaydılar, gələn noyabrdakı seçkilərdə məhz onun qalib gələcəyini deyərdim. Amma koronavirus və cari etiraz aksiyaları onu ciddi şəkildə gerilədir. Etirazları və iğtişaşları görüb çıldıran və onları anarxist adlandıran Prezident Tramp hər gün yeni bəyanatla aksiyaçılara qarşı daha da sərt mövqe bildirir və əvvəlki yerini daha da itirir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri şərqşünas alim Samid Bağırov ABŞ-da baş verən etiraz mitinqləri haqqında danışarkən deyib.
Onun fikrincə, ABŞ-da hələ etirazlar bitməyib və bəzi yerlərdə getdikcə motivini dəyişərək anti-irqçilikdən ötüb və anti-hökumət xarakteri alır: “Prezident Tramp tipik Amerika vətəndaşı üçün “jobs jobs” deyib iş yerləri açan, ərəb ölkələrini “sağan”, “faydasız” beynəlxalq sazişlərdən və onları maliyyələşdirmək rolundan imtina edən bir prezident obrazı idi. İndi Trampın özünü biruzə verməyə başlayan irqçi və zorakı bəyanatları əvvəlki obrazını darmadağın edir. Adam öz əlilə özünü yıxmaqdadır.
Koronavirus pandemiyası hələ ki, davam edir. Məncə, etirazlar biraz da davam etsə o noyabrda getməli olacaq”.