3 İyun 21:54
406

Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko ölkə hökumətini istefaya göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Belarus 1” kanalı məlumat yayıb.

Qeyd olunur ki, dövlət başçısı müvafiq sərəncamı iyunun 3-də imzalayıb.

Bundan əvvəl, Lukaşenko avqustun 9-a təyin olunan prezident seçkisindən əvvəl yeni hökumət hazırlamaq barədə planlarını açıqlamışdı.


Müəllif: Teleqraf.com