3 İyun 23:11
324

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması fonunda virusa yoluxma riskinin daha yüksək olduğu hava limanlarının siyahısını açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, əksər ölkələrdə bütün hava limanları yoluxma riskini daşımaqda davam edir.

Agentliyin tərtib etdiyi siyahıya əsasən, Əfqanıstan, Banqladeş, Belarus, Belçika, Dominikan Respublikası, Misir, İndoneziya, İran, Qətər, Kolumbiya, Küveyt, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Peru, Pakistan, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Çili və Ekvadorda bütün hava limanlarında koronavirusa yoluxma riski yüksəkdir.

Eyni zamanda, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, ABŞ, Rusiya və digər ölkələrdə iri şəhərlərdə yerləşən hava limanları yoluxma riskinin daha yüksək olduğu hava limanları hesab edilib.


Müəllif: Teleqraf.com