3 İyun 2020 23:39
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 15-dən başlayaraq Almaniya Avropanın 29 ölkəsinə səyahətlə bağlı xəbərdarlığı ləğv edəcək.

Teleqraf.com-un məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas mətbuat konfransında deyib.

O bildirib ki, xəbərdarlıq ayrı-ayrı ölkələrdə vəziyyətlə bağlı tövsiyələrlə əvəz olunacaq.

Nazirin sözlərinə görə, bu ölkələr arasında İspaniya və Norveç turist səfərlərinə digər ölkələrdən daha gec icazə verə bilərlər.

Qeyd edək ki, Almaniya mayın 16-dan etibarən Lüksemburq və Danimarka ilə sərhədlərdə nəzarəti dayandırıb. Fransa, İsveçrə və Avstriya ilə sərhədlərdə rejim yumşaldılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər