4 İyun 2020 09:29
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da COVID-19 pandemiyasının başlamasından etibarən saat 05:00 üçün koronavirusa yoluxanların sayı 1 901 783 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, ölkədə koronavirusla əlaqədar 109 142 ölüm faktı qeydə alınıb, 688 mindən çox xəstə sağalıb, 1 milyon əhalinin ölüm səviyyəsi 330 nəfərə çatıb.

Dünya statistikasında ixtisaslaşan portalın verdiyi məlumata görə, dünyada COVID-19-a yoluxanların sayı 6 567 393 nəfər təşkil edir, 387 913 nəfər vəfat edib, 3 milyondan çox insan sağalıb və ölüm səviyyəsi dünya əhalisinin 1 milyon nəfərinə 49,8 təşkil edir.


Müəllif: Teleqraf.com