4 Oktyabr 2014 10:28
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltrənin baş naziri Devid Kameron Alan Henninqin İŞİD terrorçulatı tərəfindən vəhşicəsinə öldürülməsinə cavab verdi.

ANS PRESS-in məlumatına görə, qatillərin ələ keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildirən Kameron Henninqin ailəsinə başsağlığı verib.

İngiltərənin şimalındakı Solford şəhərində yaşayan və taksi sürücüsü olan 47 yaşlı Henninq ötən ilin dekabr ayında Suriyada terrorçular tərəfindən qaçırılmışdı.

Xatırladaq ki, ötən axşam İŞİD terrorçuları sosial şəbəkədə ingilis girov Alan Henninqi qətlə yetirdiklərinə dair video yayıblar.


Müəllif:

Oxşar xəbərlər