4 İyun 2020 23:16
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 21 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 630 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 988 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 167 410 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 926 nəfər olmaqla 131 778 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 54 234 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər