5 İyun 2020 07:46
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-York şəhərində ötən gün keçirilən etiraz aksiyalarının təxminən 300 iştirakçısı həbs olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Nyu-York polisinin rəhbəri Dermot Şia keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, həbslərin sayı hər gün azalır.

"Etirazlar ötən cümə axşamı başlandı, cümə, şənbə və bazar günləri davam etdi. Amma son üç gecə biz həbslərin sayının təxminən 700-ə qədər, ötən gecə 300-ə qədər azalmasını müşahidə etdik”, - deyə o bildirib.

Dermot Şia qeyd edib ki, həbslər zorakılıq aktlarını tətbiq edənlərə, soyğunçuluqla məşğul olanlara və polislərə hücum edənlərə qarşı tətbiq olunur.

Nyu-York polisinin rəhbəri xüsusi halda diqqəti etiraz aksiyaları iştirakçılarının polislərə içi sement və su ilə dolu butulkaları atmalarına yönəldib.

Polis rəisi tabeliyində olanların bəzilərinin səlahiyyətlərini aşmaları barədə ittihamların dəqiq araşdırılacağını söz verib.

"Bilirəm ki, əməkdaşlarımın əksəriyyəti son dərəcə peşəkar hərəkət edirdilər və ən çətin şərait vaxtı təmkinli idilər”, - Dermot Şia bildirib. “Amma bir neçə hadisə ola bilər, hansılar ki, indi yoxlanılır. Deyə bilərəm ki, bir neçə polis işdən çıxarılma gözləyir", - o əlavə edib.


Müəllif: Teleqraf.com